Londonda hücumlar nəticəsində 1 nəfər öldürülüb, daha 9 nəfər yaralanıb

  • 12:02 - 07 Fevral

London polisi paytaxtın cənubunda baş vermiş silsilə hücumları araşdırır.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, bıçaqla törədilən hücumlar nəticəsində 22 yaşlı gənc həlak olub, daha doqquz nəfər yaralanıb.

Polis zabitləri Kroydon ərazisində qeydə alınan hücumlar haqqında beş məlumat alıblar. Hücumlardan biri zamanı 22 yaşlı gənc yaralanıb, o, hadisə yerində həlak olub.

London polisi bildirib ki, bir qrup şəxs Kroydonda Uisbiç-Roudda evlərdən birinə gedib və qarşıdurmanın gedişatında 1 nəfəri öldürüblər.

Polis hücumlarla bağlı təhqiqat aparır.


Oxunma sayı: 4588

Oxşar yazılar