ABŞ-da 60 yaşlı qadın "Diriliş Ərtoğrul serialından təsirlənərək İslamı qəbul etdi : "Bu serial gözümü açdı və mən Qurani-Kərimi oxudum..." (FOTO)

  • 02:14 - 06 Fevral

ABŞ-da 60 yaşlı qadın Türkiyənin çəkdiyi "Diriliş Ərtoğrul" serialından təsirlənərək müsəlman olub.

Avropa.info xəbər verir ki, Visconsin əyalətindəki kiçik bir qəsəbədə yaşayan amerikalı Xədicə, "Allah, İslam, barış, ədalət və məzlumlara kömək haqqında eşitdiklərim məni çox maraqlandırdı və məni seriala bağladı", deyib. 

Anadolu Agentliyinə müsahibə verən, müsəlman olduqdan sonra adını Xədicə olaraq dəyişdirən 60 yaşlı amerikalı qadın İslamı qəbul etməsindən danışıb.

"Mənəvi cəhətdən əhvalımın yaxşı olmadığım bir gün Netflixdə "Diriliş Ərtoğrul" adlı bir seriala rast gəldim. Məlumatım olmadığı bir tarixdən bəhs edirdi. Allah, İslam, barış, ədalət və məzlumlara kömək haqqında eşitdiklərim diqqətimi çəkdi və məni seriala bağladı. Serialı izlədiyim vaxtlarda İslam və Osmanlı dövləti ilə əlaqədar oxumağa başladım. Serial o qədər diqqətimi çəkdi ki, bütün bölümlərini 4 həftəyə izləyib bitirdim. Hazırda 5-ci dəfə təkrar izləyirəm. Serialı tez-tez saxlayıb, bəhs etdiyi hadisələr haqqında oxuyub, yenidən izləyirəm. Tarixə olan bağlılığım məni bu serialı izləməyə cəlb etdi. Yaxşı ki izləmişəm, gözümün açılmasına səbəb oldu. 

müslüman olan abdli hatice (2)

Baptist Katolik olsam da, İslamla daha çox maraqlandım. Bu serialın qarşıma çıxması bir işarə idi və mən rahatlıq hiss etdim. Serial sayəsində beynimdəki sual işarələri azaldı və nəhayət, İslama inandığıma qəti əmin oldum. Sonra İslamı öyrənmək üçün Qurani-Kərimin ingilis dilinə tərcüməsini oxudum. Artıq inandığımdan əmin idim. İnternetdən araşdırdığımda yaşadığım ərazidə yalnız kiçik bir məscid olduğunu bildim. Ora gedəndə qarşılaşdığım hər müsəlmanın çox mehriban insanlar olduğunu gördüm.

Şəhadət gətirdikdən dərhal sonra yaşadığım yerə qayıdarkən, yaxından tanış olduğum bir dostumun evinə gedib, müsəlman olduğumu söylədikdə dərhal mənə qarşı hücuma keçdi. Ətrafımdakı insanlar mənə qarşı mənfi münasibət göstərməyə başladılar. Bəziləri mənimlə münasibəti kəsdilər, bəziləri sosial şəbəkələrdə məni blok etdilər. Artıq insanlarla bu mövzunu müzakirə etmirəm. İnanclarına müdaxilə etmirəm. Mənim də inancıma müdaxilə etmək üçün heç bir səbəbləri olmamalıdır. 

Hər səhər yuxudan oyandığımda Allaha şükür edirəm. Və hər gün yatmazdan əvvəl mənə bir gün daha ömür verdiyinə görə Allaha şükür edirəm. Çox insan həyatın nə qədər qısa olduğunu bilmir. İnsanlara bu mesajı vermək istəyirəm, düzəlin. Həyatınızı uzun illər mənim kimi səhv yollarla boşa verməyin. Həyat nə geyindiyin, hansı avtomobildə gəzdiyin, dırnaqlarını necə düzəltdiyin demək deyil. Araşdırın, daha diqqətlə baxın. Nəsillər keçdikcə inanclar daha da zəifləyir. Eqoist bir cəmiyyət olmaq əvəzinə, başqalarına necə daha faydalı olacağından bəhs edildiyi bir cəmiyyət olmağa çalışın", deyə 60 yaşlı Xədicə qeyd edib.

Avropa.info


Oxunma sayı: 29272

Oxşar yazılar