Cənubi Koreyada dünyanın ən böyük külək enerji layihəsi reallaşdırılacaq

  • 20:40 - 05 Fevral

Cənubi Koreya dünyada ən böyük külək energetika layihəsinin reallaşdırılmasına başladığını rəsmən elan edib.

Layihəyə investisiya qoyuluşunun həcmi 48 trilyon von (43 milyard ABŞ dolları) təşkil edir.

Külək enerjisi parkı Seuldan 400 kilometr cənub-qərbdə yerləşən Sinan şəhəri yaxınlığındakı dəniz şelfində yaradılacaq. 2029-cu ilə qədər orada bir neçə mərhələdə ümumi gücü 8,2 GVt olan elektrik enerjisi obyekti qurulacaq. Layihənin həyata keçirilməsində Korea Electric Power Corp., SK E&S Co. və Doosan Heavy Industries & Construction Co. kompaniyaları iştirak edirlər.

Qurğunun tikilməsi və işə salınması 120 min iş yerinin yaranmasına gətirib çıxaracaq. Həmçinin atmosferə atılan karbon qazının illik miqdarının 10 milyon ton azaldılmasına imkan yaradacaq.


Oxunma sayı: 4929

Oxşar yazılar