Sumqayıtda gərgin anlar : Sərnişin avtobusu qaçırıldı və... - BNA-dan açıqlama (VİDEO, FOTO)

  • 01:34 - 05 Fevral

Sosial şəbəkələrdə Sumqayıtda sərnişin avtobusunun qaçırılması ilə bağlı məlumat paylaşılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev avtobus Sumqayıt Nəqliyyat İdarəsinə məxsus olmadığını bildirib.

"Avtobusun üzərində 141 çağrı mərkəzinin nömrəsi var və dövlət nömrə nişanı Bakıya məxsusdur. Onun içərisində sərnişin olmayıb, sürücü isə polis əməkdaşları tərəfindən saxlanılıb", - o qeyd edib.

***

Saxlanılan sürücü Ceyhun Ələmqulu oğlu Quluyevdir.

Qeyd olunub ki, Sumqayıt Dövlət Yol Polisi əməkdaşları şəhərin mərkəzi hissəsində sürət həddini aşaraq hərəkət edən avtobusu maneə ilə saxlayıblar. Sürücü və konduktor Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.

Sürücünün nəqliyyat vasitəsini sərxoş idarə etdiyi və avtobusla yol polisinin avtomobilini də əzdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti Sumqayıtda qaçırılan sərnişin avtobusu ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, avtobus Bakı Nəqliyyat Agentliyinə məxsus deyil:

"Avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 dövlət qeydiyyat nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

***

Sumqayıtda avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.

APA-nın məlumatına görə, YPX əməkdaşları tərəfindən avtobus sürücüsünə “Saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Yüksək sürətlə şəhərin yolları ilə şütüyən avtobusu saxlamaq üçün Sumqayıt Dövlət Yol Polisi əməkdaşları maneə yaradaraq istəklərinə müvəffəq olublar. İlkin ehtimala görə, sürücü içkili olub və avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olduğu bildirilir.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.


Oxunma sayı: 7019

Oxşar yazılar