"Ermənistan satqını Moskvaya qaçdı... hakimiyyətə gəlmək üçün "altda yatmağa" hazırdır" - Erməni mediası Köçəryanın icazəli Moskva səfəri haqda

  • 16:38 - 04 Fevral

"Ermənistandakı məhkəmə sistemi sadəcə biabırçılıqdır. Bunu keçmiş prezident Robert Köçəryanın 3-8 fevral tarixlərində xaricə getməsinə izn verən hakim Anna Danibekyanın qərarı zamanı açıq şəkildə görmək mümkündür. Məhkəmənin qərarına görə, polis Köçəryanın səyahətinə qoyulan məhdudiyyətləri 5 günlük ləğv edir. Üstəlik nə prokurorluq, nə də məhkəmə Köçəryanın niyə məhz bu müddət ərzində Ermənistanı tərk etməsinə icazə verildiyini açıqlamır."

Avropa.info xəbər verir ki, bunu erməni jurnalist Tevos Arşakyan Ermənistanın keçmiş prezidenti, 90-cı illərdə Qarabağda mülki azərbaycanlılara qarşı cinayətlər törətmiş Robert Köçəryanın Moskvaya gözlənilməz səfərinə münasibət bildirərkən yazıb. 

Arşakyan, erməni mediasında qələmə aldığı yazıda Köçəryanı satqın adlandırıb.
 

"Köçəryana cinayət işi açılması və ölkədən çıxışına qadağa qoyulmasına baxmayaraq, məhkəmənin bu qərarı sadəcə 5 günlüyü ləğv etməsi ağlasığmazdır. Köçəryanın Moskvaya niyə getdiyi də aydındır. Köçəryan Ermənistanda gücünü bərpa etmək üçün xeyir-dua almaq, əvvəlki kimi altda yatmağa hazırdır, təki onun hakimiyyətə gətirsinlər. 

Yeri gəlmişkən, keçən yay eyni Anna Danibekyan keçmiş KTMT baş katibi Xaçaturovun Ermənistan ərazisini tərk etməsinə icazə verməyib. Köçəryanla eyni cinayət işində istintaqı gedən Xaçaturovun daha əsaslı bir səbəbi var idi -  valideynləri və qardaşının ölümü ilə əlaqədar Gürcüstana getmək istədi. Lakin hakim Anna Danibekyan bu tələbi rədd etdi. Bəs Köçəryana niyə izn verildi. Bəlkə, hakim Anna Danibekyan xüsusi xidmət orqanları tərəfindın təhdid edilib? 

Reallıq isə ortadadır, qanlı cəllad Köçəryan Ermənistana xəyanət etmək üçün Moskvaya getdi", deyə erməni jurnalistin yazısında qeyd olunur. 

Avropa.info


Oxunma sayı: 8218

Oxşar yazılar