Neftlə bağlı sevindirici proqnoz: 173 dollar...

  • 15:48 - 04 Fevral

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) müsbət ssenarisinə əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 2050-ci ilə 173 dollaradək yüksələ bilər.

Avropa.info bildirir ki, bu barədə APA EIA-in 2050-ci ilədək qlobal enerji bazarlarındakı vəziyyətin inkişafına dair hesabatına istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan qiymət 2020-ci il üçün dollar məzənnəsinə uyğun olaraq hesablanıb.

Mütəxəssislərin fikrincə, mənfi ssenariyə uyğun olaraq, hesabat dövründə "Brent"in qiyməti 48 dollar, realistik ssenariyə uyğun isə 95 dollar təşkil edə bilər.


Oxunma sayı: 4225

Oxşar yazılar