Dünyanın ən təhlükəli narkotikini Azərbaycana gətirən qadın tutuldu - VİDEO

  • 14:53 - 04 Fevral

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Avropa.info-ya verilən məlumata görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Dəmirova Elviyyə Rasim qızına məxsus çamadan və bağlama gömrük nəzarəti zamanı saxlanılıb.

Yoxlama zamanı çamadanın və bağlamanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 5 ədəd şəffaf polietilen bükümdə gömrük nəzarətindən gizlədilən 977 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyi qutusunun içərisindən isə 98,800 qram narkotik vasitə - kokain, krem qutularının və çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 76,206 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzai) maddəsi aşkar edilib.

   Dünyanın ən təhlükəli narkotikini Azərbaycana gətirən qadın tutuldu -    VİDEO

Oxunma sayı: 4819

Oxşar yazılar