Türkiyədə koronavirusdan 117 nəfər ölüb

  • 00:29 - 04 Fevral

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 117 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 8 102 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 314, ağır xəstələr isə 1 523 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 30 milyondan çox insan koronavirus testindən keçib, onlardan 2 501 079 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, 2 387 384 nəfər sağalıb, 26 354 nəfər isə ölüb.


Oxunma sayı: 2927

Oxşar yazılar