Azərbaycan Türkiyə iqtisadiyyatına yatırım edən ölkələr arasında ilk onluqda

  • 16:43 - 03 Fevral

2002-ci ildən 2020-ci ilə qədər Türkiyə iqtisadiyyatına birbaşa sərmayə yatırımına görə Azərbaycan ilk on ölkə sırasındadır.

Avropa.info xəbər verir ki, bu barədə "Anadolu" agentliyinin araşdırmasında deyilir. 

Araşdırmaya görə, göstərilən dövrdə Türkiyə iqtisadiyyatında birbaşa xarici investisiyaların ümumi həcmi 165 milyard dollar təşkil edib ki, bunun da 62,4% -i xidmət sektorunun, 32,9% -i maliyyə və sığorta, 24,2% -i istehsal, 11% -i - enerji sektorunun payına düşüb.

Türkiyə iqtisadiyyatına investisiya yatıran ölkələrin ilk üçlüyünə Niderland, ABŞ və İngiltərə daxildir.

Avropa İttifaqı ölkələri üumilikdə Türkiyə iqtisadiyyatına 110,4 milyard dollar, Asiya ölkələri isə 29,1 milyard dollar həcmində birbaşa investisiya qoydular.

Azərbaycan isə ilk onluqda 10-cu yerdə qərarlaşıb. 


Oxunma sayı: 4170

Oxşar yazılar