Qarabağda dastan yazan "Bayraktar TB2" və 2021-ci ilin sensasiyası "AKINCI" PUA-ların möhtəşəm özəllikləri - BAYKAR şirkəti açıqladı

  • 13:40 - 03 Fevral

İnsansız Hava Aparatları texnologiyasında bütün dünyaya nümunə olan Türkiyənin BAYKAR şirkəti, AKINCI və "Bayraktar TB2" PUA-larının yeni xüsusiyyətlərini ilk dəfə açıqlayıb.

Avropa.info cəbər verir ki, BAYKAR şirkəti bu il istifadəyə veriləcək AKINCI PUA-ların 5 min km-lik bir peyk bağlantısına, elektron döyüş və siqnal kəşfiyyat qabiliyyətinə, quru, hava və dəniz radarları olan kəşfiyyat qabiliyyətinə, EO/IR kəşfiyyat xüsusiyyətlərinə sahib olduğunu bildirib.

Şirkət, Qarabağ savaşında dastan yazmış "Bayraktar TB2" PUA-ların daha da müasirləşdirildiyini bildirərək, nun xüsusiyyətlərini açıqlayıb. Belə ki, "Bayraktar TB2" PUA-lar 300-1800 kim görmə və peyk bağlantı xətti, quru, hava, dəniz radarı olan kəşfiyyat qabiliyyəti, silahlarla birgə hücum, EO/IR kəşfiyyat xüssusiyyətlərinə sahibdir. 
 

BAYKAR tərəfindən ilk dəfə elan edilən xüsusiyyətlər müdafiə sənayesi izləyicilərinin böyük marağına səbəb olub. 



Bu il istifadəyə veriləcək AKINCI PUA-nın əsas xüsusiyyətləri isə digər yerli PUA-lardan fərqlənməsi ilə diqqət çəkir. Bayraktar AKINCI 1350 kq faydalı yük daşıya bilir. Bundan əlavə, ASELSAN tərəfindən hazırlanmış AESA radarını birləşdirərək hava döyüş qabiliyyətinə sahib olacaqdır. Bundan əlavə, yerli istehsal olan Gökdoğan və Bozdoğan raketləri, MAM-L, TEBER-82, KGK-82-83, SOM raketini və MK-84 sursatını daşıya biləcək. AKINCI PUA-dan sonrakı illərdə hava müdafiəsi üçün də istifadə ediləcək. 

Şirkətin Qarabağ, Suriya, İraq və Liviyada sınaqdan keçmiş "Bayraktar TB2" PUA haqda məlumatında bildirilir ki, bu PUA istehsal ounan zaman kəşfiyyat tapşırıqları üçün orta hündürlükdə uzun müddət havada qalma aparatı kimi tanınırdı. 250 min saatdan çox uçan TB2, 2014-cü ildən bu yana Türkiyə Silahlı Qüvvələrinin invertarındadır. Bayraktar TB2, Türkiyə aviasiya tarixində havada qalma (27 saat 3 dəqiqə) və yüksəklik (27,30 fut) rekordunu qırdı. "Bayraktar TB2" bu miqyasda ixrac edilən ilk PUA-dır.

"Bayraktar TB2" sonrakı illərdə kəşfiyyat, davamlı hava nəzarəti və kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən sistem, ROKETSAN MAM-L və MAM-C milli zəkalı döyüş sursatlarının inteqrasiyası ilə döyüş sahəsinin vazgeçilməz elementi halına gəldi. "Bayraktar TB2" PUA quraşdırılmış lazer hədəf göstəricisi ilə dəqiq şəkildə hədəf ala və hədəfi məhv edə bilir. 

Qeyd edək ki, "Bayraktar TB 2" və AKINCI PUA-ların qurucusu və istehsalçısı "Baykar" şirkətinin texniki direktoru Səlçuk Bayraktardır.

Avropa.info


Oxunma sayı: 19735

Oxşar yazılar