Türkiyədə yeni konstitusiya müzakirələri: İslahat paketinin detalları açıqlandı – Ərdoğan elan etdi

  • 13:15 - 03 Fevral

Türkiyə Prezidenti Tayyip Ərdoğanın, "Cümhuriyyət İttifaqı olaraq  fikir birliyinə gəlsək, qarşıdakı dövrdə yeni bir konstitusiya üçün hərəkət edə bilərik" sözləri partiya daxilində rezonans doğurub. 

Avropa.info xəbər verir ki, əldə edilən məlumata görə, yeni konstitusiya AK Partinin Mərkəzi İdarə Heyətinin müzakirə mövzusu olub.

Ədliyyə naziri Əbdülhəmid Gülün islahat paketi adlandırdığı konstitusiya Nazirlər Şurasının iclaslarında da müzakirə olunub. 

“Bunlar hüquqi islahata dair hazırlıqlardır. Onları qiymətləndirərək qanuni tənzimləmələr edə bilərik. Həm də bir partiya olaraq mülki konstitusiya məsələsini gündəmdə saxlayan bir tərəfik. Bu, son hədəfimiz arasındadır”,-deyə nazir bildirib. 

Nazirin sözlərindən sonra söz alan bəzi üzvlərin konstitusiya dəyişikliyinin təfərrüatlarına varmadan yenidən gündəmə gətirilə biləcəyini müdafiə etdikləri öyrənilib. Lakin Prezident Tayyip Erdoğan hər iki iclasın dəyərləndirmələrinə münasibət bildirməyib. 

Ərdoğanın yeni konstitusiya təklifinə cavab verən ilk şəxsin Əbdülhəmid Gül olduğu bu səbəbdən ifadə edilib. Həmin axşam Gül, "Prezidentimizin yeni konstitusiyaya vurğu etməsi həyəcan verici müjdədir", deyib.


Oxunma sayı: 3499

Oxşar yazılar