Səudiyyə Ərəbistanı 20 ölkəni “qara siyahı”ya daxil etdi

  • 12:49 - 03 Fevral

Səudiyyə Ərəbistanı yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbindən 20 ölkədən krallığa girişi müvəqqəti olaraq qadağan edib.

Avropa.info bildirir ki, krallığın Daxili İşlər Nazirliyinin bu barədə qərarı fevralın 3-ü saat 21:00-da qüvvəyə minir.

Bildirilir ki, müvəqqəti olaraq "qara siyahı"ya Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Misir, Hindistan, İndoneziya, İrlandiya, İtaliya, Livan, BƏƏ, Pakistan, Portuqaliya, ABŞ, Türkiyə, Fransa, İsveç, İsveçrə, CAR və Yaponiya daxil edilib.


Oxunma sayı: 3807

Oxşar yazılar