Son dəqiqə : İŞİD-in Türkiyə sui-qəsdçisi yaxalandı - Türkiyə Daxili İşlər naziri Süleyman Soylu açıqladı (FOTO)

  • 14:28 - 01 Fevral

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu İŞİD terror təşkilatının sui-qəsdçisinin Türkiyədə yaxalandığını açıqlayıb. 

Avropa.info xəbər verir ki, Süleyman Soylu tvitterdən etdiyi açıqlamada İŞİD sui-qəsdçisinin Yalovada yaxalandığını bildirib.


 

"Yalovada İŞİD-ə qarşı önəmli bir əməliyyat həyata keçirildi. İŞİD-in Türkiyə sui-qəsdçisi yaxalandı və həbs olundu. Əməliyyat başa çatdı. Terrora qarşı mücadilə idarəmiz, kəşfiyyat təşkilatımız, Yalova polisimiz və prokurorluğumuzu təbrik edirəm", deyə Süleyman Soylu bildirib. 

Yalova polisindən edilən açıqlamada, əməliyyat nəticəsində  12-si İraq, 1-i İordaniya, 1 nəfər isə Türkiyə vətəndaşı olmaqla 14 şübhəlinin saxlanıldığı qeyd olunub.

Avropa.info


Oxunma sayı: 5941

Oxşar yazılar