Hava sərhədləri açılar-açılmaz ermənilərin Rusiyaya ən böyük kütləvi köçü başladı - "Moskvaya 700 dollara birtərəfli bilet tapan erməni elə sevinir ki..."

  • 12:55 - 01 Fevral

Qarabağdakı ağır məğlubiyyətdən və onsuz da çökmüş iqtisadiyyatın darmadağın olmasından sonra, Ermənistan vətəndaşları kütləvi şəkildə Rusiyaya qaçmağa başlayıb. Ermənistan-Rusiya hava sərhədlərinin açılmasından sonra, hava limanlarında sıxlıq yaşanır. 

Avropa.info xəbər verir ki, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Naira Zöhrabyan Rusiyaya kütləvi köç edən ermənilərin bilet tapmadıqlarını, nəticədə işbazlardan 700 dollara bilet aldıqlarını deyib.

Zöhrabyan parlamentdəki vəzifəsindən məhrum edildi - İki sahil

"Hansısa erməni ailənin bilet əldə edən ilklərdən biri olması ilə bağlı sevincini görməli idiniz. Dünən Moskvaya bir tərəfli bilet 700 dollara satılırdı və Moskvaya bir bilet hərracda satılarsa təəccüblənməyin. Gündəlik çörək problemi üçün  Ermənistanı tərk edən ermələri günahlandırmağa haqqım yoxdur", deyə Zöhrabyan bildirib. 

Erməni deputatın fikirincə, bütün bunların tək suçlusu Ermənistan baş naziri Nikol Paşinyan və onu dəstəkləyən ermənilərdir. 

Ermənistanın problemi, bilet almaq və vətənlərini tərk etmək üçün 700 dollar pulu olmayan, lakin Nikol Paşinyanın səhvi olmadığını düşünənlərdir. Bu düşüncədə olan ermənilər Ermənistanın varlığına təhdiddir", deyə Zöhrabyan qeyd edib. 

Faşist və təxribatçı mövqeyilə seçilən Zöhrabyan iddia edib ki, hər hansı erməninin ölkəni tərk etməsi təkcə sosial problemlərlə yox, həm də “sabah türkün onun evinə girməyəcəyinə əmin olmadığı” üçündür. 

Qeyd edək ki, erməni mediası bu gün də hava limanlarında sıxlıq olduğunu və əhalinin kütləvi şəkildə Rusiyaya köç etdiyini bildirir.

Avropa.info


Oxunma sayı: 12255

Oxşar yazılar