Paşinyan komandasında gərginlik: Komitə sədri istefa verdi – FOTO

  • 14:47 - 01 Fevral

Ermənistan Dövlət Əmlak Komitəsinin sədri Narek Babayan vəzifəsindən istefa verib.

Avropa.info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

“Bu qərarın səbəbi Babayanın Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanla gərgin münasibətləridir. Papikyan Babayana Ermənistanın Baş naziri Nikol Paşinyanla birbaşa təmasa girməyi qadağan edib. Babayan isə bu vəziyyətdən çıxış yolunu istefasında görüb”, - məlumatda qeyd olunub.

Babayan özü bu məlumatı təkzib edib, istefanın səbəbini açıqlamayıb.

Xatırladaq ki, o, Ermənistanın parlament sədrinin müavini Lena Nazaryanın həyat yoldaşıdır.

Ermənistanda komitə sədri istefa verdi

Oxunma sayı: 4896

Oxşar yazılar