Rusiyada polis nümayişçilərə aman vermədi: Minlərlə etirazçı həbs olundu – Bir nəfər özünü yandırdı – FOTO

  • 12:27 - 01 Fevral

Rusiyada əsasən Moskva və Sankt-Peterburq daxil olmaqla bir çox şəhərdə icazəsiz nümayişlərə minlərlə insan qatılıb.

Avropa.info xəbər verir ki, Moskvada nümayişlərin keçirildiyi ərazidəki küçələrdə avtomobillərin hərəkəti dayandırılıb, çox sayda polis maşını ilə barrikadalar qurulub. 

Sözügedən ərazidə avtomobil dayanacaqları və bəzi metro stansiyaları gün ərzində işləməyib. 

Əsasən lisey və universitet tələbələrindən ibarət olan nümayişçilərə polis müdaxilə edib və çox sayda etirazçı saxlanılıb. Ölkədəki insan haqları təşkilatları 82 jurnalist daxil olmaqla 3800-dən çox insanın həbs edildiyini açıqlayıb.

Nümayişlər zamanı Navalniyin həyat yoldaşı Yuliya Navalnaya da saxlanılıb. Polis tərəfindən görülən tədbirlər çərçivəsində Moskvada tez-tez yerini dəyişən nümayişçilər Navalniyin tutulduğu "Matrosskaya Tişina" həbsxanasının yaxınlarına gedərək hökumətə qarşı şüarlar səsləndiriblər.  

Bəzi nümayişçilər polisə qartopu atəblar. Nümayişlərin keçirildiyi bölgələrdə internet məhdudlaşdırılıb və çox sayda insan polisin müdaxiləsi səbəbiylə arxa küçələrə qaçıb. 

Digər tərəfdən, etiraz aksiyalarının keçirildiyi ərazidə olan bir nəfər üzərinə benzin tökərək özünü yandırıb. Hadisə yerindəki insanların müdaxiləsindən sonra xəstəxanaya yerləşdirilən şəxsin müalicəsi reanimasiya şöbəsində davam edir. 

Rusya'da gerilim tırmanıyor! Vatandaşlara bu çağrı yapıldı – Nokta Kıbrıs

 

Rusya'da muhalif gösterilere polis müdahalesi - Almanya'dan Dünyaya Açılan  Haber Penceresi

 

Rusya'da Navalny'ye destek gösterilerinde bin 90 protestocu gözaltına alındı

 

Rusya'da polis Navalnıy gösterilerinden önce güvenlik önlemlerini artırdı

 

Rusya'da düzenlenen protestolarda binlerce kişi gözaltına alındı - Bingöl  Haber

Oxunma sayı: 3719

Oxşar yazılar