Myanmada çevriliş: Ölkədə fövqəladə vəziyyət elan olundu

  • 11:44 - 01 Fevral

Myanma hərbçiləri ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan ediblər.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu barədə açıqlama ordu telekanalında yayımlanıb.

Bildirilir ki, fövqəladə vəziyyətin tətbiqinə dair bəyannaməni ordu tərəfindən ölkə prezidenti vəzifələrinin icraçısı elan edilən vitse-prezident Myin Sve imzalayıb. Bəyannaməyə əsasən, ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin baş komandanı Min Aun Hlainə veriləcək.

“Reuters”in məlumatına görə, hərbçilər qərarın saxtalaşdırılmış parlament seçkiləri səbəbindən verildiyini bildiriblər.


Oxunma sayı: 2839

Oxşar yazılar