Türkiyədə son 24 saatda koronavirusdan 128 nəfər ölüb

  • 23:33 - 31 Yanvar

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 128 nəfər dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin son statistikasında qeyd olunub.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6562 nəfər COVID-19 infeksiyasına yoluxub.

7006 nəfər isə sağalaraq xəstəxanadan buraxılıb.


Oxunma sayı: 3246

Oxşar yazılar