Tehranda həyacan siqnallarının işə düşməsi səbəbi açıqlandı

  • 09:59 - 30 Yanvar

Tehranda həyacan siqnallarının işə düşməsi səbəbi açıqlanıb.

Avropa.info-nun məlumatına görə, Tehran vilayəti valisinin təhlükəsizlik məsələləri üzrə müavini Həmidrza Qudərzi ISNA-ya bildirib ki, Tehranın qərbində Azmayeş şəhərciyində təşkilatlardan birinin sistemində nöqsan yaranıb.

Bu məsələ həyəcan siqnalının işə düşməsi ilə nəticələnib. Hal hazırda həyəcan siqnalı söndürülüb.

Eyni zamanda, Tehran vilayətinin fövqəladə hallar departamentinin rəhbəri Mənsur Daracati bildirib ki, həyacan siqnalı güclü yağışdan sonra suyun sisteminə daxil olması səbəbindən işə düşüb.


Oxunma sayı: 3521

Oxşar yazılar