Ərdoğanın kürəkəni Səlçuk Bayraktarın hazırladığı türk PUA-ları müasir döyüş qaydalarını dəyişdi... - "Washington Post" Qarabağda dastan yazan "Bayraktar"lara heyrət edir

  • 22:17 - 29 Yanvar

"Son 1 ildə pilotsuz təyyarə (PUA) savaşlarının trayektoriyası Liviyadan Qarabağa qədər dəyişdi. Türkiyə kimi PUA istehsalında sürətlə yüksələn ölkələrə nəzər yeni dövrün müharibə qaydalarını dəyişdirdiyi aydın olur."

Avropa.info xəbər verir ki, bu ifadələr ABŞ-ın nüfuzlu "Washington Post" qəzetinin dərc etdiyi analiz yazısında deyilir. 

Qəzetin dərc etdiyi analiz yazısında xüsusilə də Türkiyənin xarici siyasətində PUA-lara güvəndiyi bildirilir.

"Dünyada 102 ölkənin hərbi pilotsuz təyyarələrin hazırlanması və istehsalına dair proqramlarının olduğu təxmin edilir. Bəzi hökumətlər insansız hava vasitələrinin gücünü və prestijini milli maraqlarını proyektləşdirmək üçün istifadə edirlər. Digərləri “uzaqdan” siyasi məqsədlər güdərək birbaşa hərəkət etmək üçün pilotsuz təyyarələrdən istifadə edirlər. Və dünyanın ən azı 57 ölkəsi pilotsuz təyyarələr buraxmaq imkanındadır", deyə qəzetin yazısında bildirilir.

Türkiyə xarici siyasətində pilotsuz təyyarələrə güvənir 

"Washington Post" Türkiyənin istehsal etdiyi "Bayraktar TB2"-lərin dünyanı təccübləndirdiyini yazır.

"Türkiyə nüfuzunu və gücünü göstərmək üçün istehsal etdiyi PUA-lara güvənir. Doğrudan da Ankara ən qısa zamanda dünyanın ən aktiv pilotsuz təyyarə istehsalçısı və istifadəçilərindən biri oldu. Türk Silahlı Qüvvələrinin son illər dünyaya səs salmış ən güclü PUA-sı, Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraktar tərəfindən hazırlanan "Bayraktar TB2"-dir. Bu pilotsuz təyyarələr Ərdoğanın bölgədə Türkiyənin gücünü yaymaq və əsas müttəfiqlərini dəstəkləmək planlarında əsas rol oynayır.

Son aylarda Türkiyə Suriyada, Şimali İraqda, Qarabağda və Aralıq dənizində pilotsuz təyyarələrdən aktiv istifadə etdi. Türkiyə, Liviyadakı müharibədə BMT-tərəfindən tanınan Milli Razılaşma Hökumətini "Bayraktar TB2"-lərlə dəstəklədi. Qarşı tərəfdə olan Haftər güclərinin əlində isə çoxlu sayda zirehli texnika və Çin istehsalı olan "Wing Loong-II" PUA-ları vardı. Lakin, Türkiyə PUA-ları müharibənin axarını dəyişərək qanuni hökumətin paytaxt Trablusu qorumasına və böyük hava limanının ələ keçirilməsinə səbəb oldu.

Ermenistan'a cepheyi dar eden SİHA'lar, Azerbaycan halkının gündemi oldu:  Ele geçirilen köylere "Bayraktar" adı verilsin



Bu müvəffəqiyyətlərdən sonra, Türkiyə PUA-ları 2020-ci ildə bir başqa böyük müharibədə istifadə olundu. Türkiyənin Azərbaycanda "Bayraktar TB2" PUA-ları verməsi nəticəsində Bakı savaşda hava üstünlüyü qazandı. Azərbaycan 44 gün ərzində Dağlıq Qarabağın bir hissəsini azad etdi, ərazinin bir hissəsini isə Ermənistan məğlub olaraq təslim etmək məcburiyyətində qaldı.  

Beləliklə, bu gün PUA-lar müasir döyüş sahəsinin miqyasını və qaydalarını dəyişir", deyə "Washington Post"un yazısında qeyd olunur.

Avropa.info


Oxunma sayı: 31637

Oxşar yazılar