Bütün dünya 20 yaşlı bu çeçen gəncdən danışır - Moskvadakı mitinqdə rus OMON-u ilə təkbaşına əlbəyaxa döyüşən Səid Məhəmməd saxlanıldı (VİDEO)

  • 15:50 - 29 Yanvar

Rusiya təhlükəsizlik qüvvələri Moskvada Navalnının həbsinə etiraz olaraq keçirilən nümayişlərdə onlarla polisə qarşı təkbaşına döyüşən çeçen gənci axtarırdı.
 

Avropa.info xəbər verir ki, yanvarın 23-də Moskvadakı etiraz aksiyaları zamanı polis "Putin istefa" şüarı səsləndirən nümayişçilərə sərt müdaxilə edib.  

Polislə nümayişçilər arasında yaşanan mübahisə zamanı kameralara düşən bir gənc onlarla polisə yumruq və təpiklə müqavimət göstərdi. Dünya mediasında geniş yayılan həmin görüntülərdəki şəxsin çeçen Səid Məhəmməd Cumaev olduğu üzə çıxıb.

Yayılan görüntülərdən sonra Rusiya Dumasının çeçen əsilli deputatı Adam Delimxanov, 20 yaşlı Məhəmməd Səid Cumaevdən təcili olaraq polisə təslim olmasını istəyib. Delimxanov, Səid Məhəmmədin Navalnıya dəstək vermədiyini bildirərək, ondan Rusiya səlahiyyətlilərinə təslim olmasını tələb edib. 

"Bunu etsəniz, Çeçenistan lideri Ramzan Kadriov sizin üçün bir vəkil tutacaq", deyə Delimxanov bildirib.

Son məlumatlara görə, Səid Məhəmməd Cumayev həbs olunub.


Oxunma sayı: 56365

Oxşar yazılar