Qəddafinin qalmaqallı gəlini Alina küçədə dəhşət saçdı : Maşını ilə 2-si polis olmaqla 5 nəfəri əzdi, 1 tələbəni öldürdü - YENƏ DƏ HƏBS OLUNMADI

  • 14:24 - 29 Yanvar

Liviyanın devirilmiş lideri Müəmmər Qəddafi 20 oktyabr 2011-ci ildə ölkəsində baş verən etirazlar zamanı öldürülmüşdü. 

Avropa.info xəbər verir ki, Qəddafinin 5-ci oğlu Hannibal Qəddafi və gəlini Alina Skaf isə 2011-ci ildə Liviyadan Suriyaya qaçmışdılar. Ancaq, Hannibal Qəddafi 2015-ci ildə Suriyadan qaçırılaraq Liviyada həbs olunmuşdu. 

Adı bir çox qalmaqallarda hallanan Alina Skaf isə hələ də yaşadığı Suriyanı qarışdırıb. Paytaxt Dəməşqdə idarə etdiyi avtomobilini yanlış yerə park edən Alinaya yaxınlaşan polis, cəzanın qəbzini vermək istəyib. Qəbzi görüncə dəliyə dönən Alina və başqa bir maşında olan mühafizəçiləri polisə hücum edib. 

Aline Skaf 'Sexy' Photos: Pictures Of Hannibal Gaddafi's Wife Leaked (NSFW  PHOTOS) | HuffPost

Alina Skaf və Hannibal Qəddafi
 

Bundan sonra əraziyə əlavə polis qüvvələri gəlib. Qəzəblənən Alina bahalı Cipini polisin və hadisə yerində olanların üzərinə sürüb. Nəticədə 2-si polis olmaqla 5 nəfər yaralanıb. Yaralılardan biri, tələbə Ruma Ammar ölüb. Mühafizəçilər polisləri və ətrafdakıları döyərkən, Alina da bağıraraq, "sizə əzərəm" deyib. 

Suriyalı yüksək rütbəli məmurlardan birinin əraziyə gələrək polisi geri çəkməsindən sonra, Alina əllini-qolunu sallayaraq oradan uzaqlaşıb.  

Alinanın həbs edilməməsinə etiraz edən suriyalılar sosial media hesablarından, "Bu qadın siyasi mühacir olaraq yaşadığı ölkədə insanları əzir, sonra da sərbəst buraxılır" yazıblar. 

Qeyd edək ki, Qəddafinin gəlini, 40 yaşlı Alinanın və əri, 45 yaşlı Hannibalın bir çox cinayət işləri var. Onlar 2008-ci ildə İsveçrədə bir otelin işçisini döydükləri üçün saxlanmışdılar. Hannibal 2009-cu ildə  Londonda bir nəfəri döydüyü üçün həbs olunmuşdu. Alina isə Liviyadan qaçmazdan öncə, ağlayan uşağını sakitləşdirə bilməyən dayəni qaynar su ilə yandırmışdı. Evində çalışan türk qarsonu isə bıçaqla yaralamışdı.

Avropa.info


Oxunma sayı: 11628

Oxşar yazılar