Koronavirusa yoluxanların sayı 102 milyonu keçdi

  • 10:17 - 29 Yanvar

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 102 milyon 41 min nəfərə çatıb.

Avropa.info Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 201 min 43 nəfərdir. İndiyədək 73 milyon 867 min 291 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 26 338 607 nəfər virusa yoluxub, 443 769 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 720 971 yoluxma qeydə alınıb. Onlardan 154 047 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 060 786 nəfərdə virus aşkar edilib. Xəstələrdən 221 676 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 793 810 yoluxma, 71 651 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 743 734 nəfər virusa yoluxub ki, onlardan 103 126-sı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.


Oxunma sayı: 2839

Oxşar yazılar