"Ərdoğan hər addımda Məhəmməd Mursinin mücadiləsini dəstəklədi" - Tunisin keçmiş prezidenti Mərzuki

  • 02:09 - 29 Yanvar

Keçmiş Tunis prezidenti Munsif əl-Mərzuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirin seçilmiş ilk prezidenti Məhəmməd Mursinin mücadiləsinə hər zaman dəstək verdiyini bildirib.  
 

Avropa.info xəbər verir ki, Misirdəki 25 yanvar inqilabının 10 illiyi münasibəti ilə keçirilən tədbirə videokonfransla qatılan Mərzuki, Mursinin ərəb dünyasındakı rolundan danışıb.

Türkiyə prezidenti Ərdoğanın Mursiyə dəstəyindən heyranlıqla danışan Mərzuki, Misirin yenidən hüquq dövlətinə çevirilməsi üçün mücadilə veriləcəyini deyib. 

"Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsində və beynəlxalq aləmdə hər addımda Mursinin mücadiləsini dəstəklədi. Mursi sonuclarından qorxmadan insani dəyərlər üçün mücadilə etdi və ona qarşı çıxmalarına baxmayaraq öz xalqına bağlı qaldı. Hər anlamda mükəmməl bir insan idi", deyə Tunisin keçmiş prezidenti qeyd edib. 

Xatırladaq ki, Misirdə 30 illik Hüsnü Mübarək iqtidarı 25 yanvar 2011-ci ildə xalq etirazları ilə sona çatdı. 25 yanvar inqilabının simvol ismlərindən olan və ilk dəfə xalqın səsləri ilə prezident seçilən Mursi, 2013-cü ildə qanlı hərbi çevrilişlə devirilib. 


Oxunma sayı: 6018

Oxşar yazılar