300-dən çox erməni hərbçisi Şuşa ətrafında necə məhv edildi... - "Siz döyüşün miqyasını təsəvvür edirsinizmi?" - Erməni kanalı yazır (FOTO)

  • 00:02 - 28 Yanvar

"300-dən çox erməni hərbçi qərbdən, yəni Laçın tərəfdən Xankəndi istiqamətində hərəkət edirdi. Onlar Şuşaya cənubdan daxil olmaq istəyirdilər. Sağda qaya, solda meşə yolboyu uzanırdı. Və azərbaycanlılar onların hərəkətini izləyirdilər, nəticədə şəhərin girişinə 500 metr qalmış pusquya düşdülər və məhv edildilər. Ehtimal ki, bu 6-7 noyabr tarixində olub".

Avropa.info xəbər verir ki, bu haqda Rusiyadan yayımlandığı güman edilən erməni teleqram kanalı yazır. Azərbaycan Ordusunun Şuşanı azad etməsindən yazan teleqram kanalı, bir foto paylaşaraq 300 erməni hərbçisinin məhv edilməsi haqda bunları yazır:

Bir şunu diyen bir yazı '6/2019 truck close mortar (probably not of current RU peacekeepersc point A vehicles Approx location in Azeri November North Khankendi Stepanakert Northern entrance to Unknown vehicle (y.llow) 2nd Location troops after ambush SF mountain infantry) UAZ 469 2nd filmed UAZ 452 filmed UAZ-452 (many NKR KIAir front from picture) 1st UAZ 469 white van chnologies /Airbus Imagery Date: 6/7/2019 SW Lacin southern entrance Shusha Google Earth 39*46'54.94"N 46*46’44.00" elev 939m eye 1.47km' görseli olabilir

 

"Bu foto ilə bağlı çox nəzəriyyələr irəli sürülürdü. Kimlərsə deyirdi ki, şəhərdən çıxarkən öldürülmüş erməni hərbçilərdir, kimlərsə deyirdi ki, ümumiyyətlə ermənilərin yanlışlıqla bir-birini güllələməsinin nəticəsidir. Lakin konkret heç nə dəqiq deyildi. 300-dən çox erməni hərbçinin cəsədi var. Siz döyüşün miqyasını təsəvvür edirsinizmi?

Kimlərsə danışır ki, guya erməni hərbi rəhbərliyi Şuşa üçün döyüşməməyi əmr edib, bəs bu insanlar necə öldü? Peyk fotoları sayəsində məhv edilən hərbi birliyin dağıdılmasının yerini müəyyən etmək mümkün oldu. 

300-dən çox erməni hərbçi qərbdən, yəni Laçın tərəfdən Xankəndi istiqamətində hərəkət edirdi. Onlar Şuşaya cənubdan daxil olmaq istəyirdilər. Sağda qaya, solda meşə yolboyu uzanırdı. Və azərbaycanlılar onların hərəkətini izləyirdilər, nəticədə şəhərin girişinə 500 metr qalmış pusquya düşdülər və məhv edildilər. Ehtimal ki, bu 6-7 noyabr tarixində olub", deyə erməni teleqram kanalı qeyd edir.

Avropa.info  


Oxunma sayı: 23827

Oxşar yazılar