Çin sərhədlərini qorumaq üçün qədim taktikanı seçir : Vyetnam və myanmalılara qarşı qala divarları tikilir (FOTO)

  • 13:04 - 27 Yanvar

Çin, Cənub-Şərqi Asiya qonşuları Vyetnam və Myanma ilə sərhəd divarlarını möhkəmləndirməyə qərar verib və bu da münaqişələrə səbəb ola bilər.

Avropa.info The Singapure Post-a istinadən xəbər verir ki, Çinin dövlət mediası olan "Sinxua news" Vyetnamdakı bu layihənin, Beylonq çayı boyunca tikanlı məftillərlə örtülmüş 4,5 metr hündürlüyündə bir dəmir hasarın inşasını əhatə etdiyini trajlayıb. 2012-2017-ci illər arasında inşa edilən 29 milyon dollar dəyərində layihənin 12 kilometrə qədər uzandığı və narkotik və insan qaçaqmalçılığının qarşısını almaq üçün hazırlanır.

Bu arada, mediada yer alan məlumatlara görə, Çinin Myanma ilə 2000 kilometrlik sərhədi boyunca, Çinin Yunnan əyaləti ilə Myanmarın şimal Şan əyaləti arasında 659 kilometrlik bir hasar dekabr ayında tamamlanıb. Global Times isə yazır ki, Çinin COVID-19-un yayılmasının dayandırılması və qaçaqmalçılığın qarşısının alınmasına ehtiyac olduğunu xatırlatsa da, bəzi hallarda divarlar yalnız virusdan qorunmaq üçün deyil, həm də insanları içəridə saxlamaq üçün hazırlanıb. 

Açıklama yok.

Cənub-Şərqi Asiya mütəxəssisi və UNSW- Avstraliya Müdafiə Qüvvələri Akademiyasının  Cənub-Şərqi Asiya üzrə mütəxəssisi, professor Karl Tayer deyib ki, bu, milli proqrama bənzəyir. 

Professor Tayerin sözlərinə görə, Çinin son sərhəd möhkəmləndirmə tədbirlərinin əsas səbəbi qaçaqmalçılıq olmasa da, 1979-cu ildən - iki ölkə arasındakı müharibənin bitməsindən bəri, qanunsuz sərhədyanı fəaliyyət həm Çin, həm də Vyetnam üçün böyük bir baş ağrısı olub: “Hər iki tərəfdəki qaçaqmalçıların davamlı cinayətkar şəbəkəsi, yerli məmurlar və təhlükəsizlik qüvvələrinin köməyi ilə, bir sıra problemlərə, o cümlədən vyetnamlı qadınların Çinə qeyri-qanuni ticarətinə yol açıb".

Çin hökuməti divar inşaası ilə bağlı son bir açıqlamasında bildirib ki, COVID-19 pandemiyası səbəbindən qanunsuz sərhəd keçidlərinin dayandırılması üçün buna təcili ehtiyac duyuub.  Myanmarda 130.000-dən çox insan COVID-19-a yoluxub, 3.000-ə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib. Keçən ay Myanmadan gələn miqrant işçilər arasında tapılan bir xəstəlik, qonşu Taylandda virusun ikinci dalğasına səbəb olub.

Beynəlxalq məzunlar üçün iş imkanlarını araşdıran Deakin Universitetinin professor Çan Li deyib ki, çinli miqrant işçilərin Vyetnama köçməsinin səbəbin çoxşaxəlidir: “Onları yalnız iş perspektivləri deyil, həm də sürətli iqtisadi böyümə, siyasi sabitlik və ən yaxın qonşu ölkələrindən biri olan Vyetnamda COVID-19-un effektiv idarə olunması ilə əlaqəli həyat imkanları cəlb edir. Vyetnam xarici investisiyalar üçün əlverişli və etibarlı bir bazar mühiti yaradıb və əslində Çində olan istehsal şirkətlərini Vyetnama köçmək üçün cəlb edib”. 

Qanunsuz immiqrasiya hər iki ölkə üçün problemdir. Vyetnam, yerli Vyetnam KİV-lərinin verdiyi məlumata görə, keçən dekabr ayında Çindən ən azı 29 qanunsuz miqrantı vətənə qaytarılıb. Ötən ilin sentyabr ayında, Çinə işləmək üçün qanunsuz olaraq getmiş 100-dən çox Vyetnamın dörd günlük bir müddətdə Vyetnama qanunsuz köçdükləri də aşkar edilib.

Vyetnamdakı əlverişli investisiya mühitinə əlavə olaraq Ç.Li, deyib ki, bura köçürülmə və əmək bazarındakı dəyişiklikləri təsir edən geosiyasi amillər də mövcuddur. Onun sözlərinə görə, bəzi ixtisaslı işçilər miqrasiya üçün qanuni bir yol tapsalar da, bir çox işçi sərhədi qanunsuz keçir.  Nəticədə, Vyetnama gəldikdən sonra iş tapmaqda böyük maneələrlə qarşılaşırlar. 

Laçın Səmla

Avropa.info


Oxunma sayı: 20516

Oxşar yazılar