Gələn həftə parlamentin yaz sessiyası başlayır

  • 14:13 - 26 Yanvar

Gələn həftə Milli Məclisin yaz sessiyası başlayır.

Avropa.info xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, bu il fevralın 1-i həftənin bazar ertəsinə düşür.


Oxunma sayı: 1970

Oxşar yazılar