Rusiya, Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcəklər : Əsas müzakirə Naxçıvana gedəcək dəmiryolunun tikintisidir - Rusiya telekanalı

  • 12:05 - 26 Yanvar

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qurulmasını müzakirə etmək üçün yanvarın 27-də Moskvada bir araya gələcəklər. 

Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın RBK telekanalı məlumat yayıb. 

Məlumatda bildirilir ki, Rusiya tərəfdən danışıqlarda Aleksey Overçuk, Azərbaycan tərəfdən Şahin Mustafayev, Ermənistan tərəfdən isə Mqer Qriqoryan iştirak edəcək.  

"Baş nazir müavinləri bir neçə mümkün layihəni müzakirə edəcəklər. Bunların arasında Ermənistan ərazisindən keçməklə Azərbaycanı  Naxçıvanla əlaqələndirəcək dəmir yolu tikintisi də var. İndi Naxçıvanla əlaqə qurmaq üçün Azərbaycan yalnız hava rabitəsinə malikdir və Bakı artıq öz ərazisində dəmir yolunun bir hissəsinin tikintisinə başlayıb. Azərbaycan ərazidə magistral yolun inşasına da nail olmaq istəyir.



Ermənistan isə Rusiya ilə dəmir yolu əlaqəsi əldə etmək istəyir. Ölkələrin birbaşa əlaqəsi yoxdur - əvvəllər Gürcüstan ərazisindən keçirildi, lakin 2008-ci il müharibəsindən sonra bunu fasilə verildi", deyə RBK telekanalının məlumatında qeyd olunur. 

Avropa.info


Oxunma sayı: 8218

Oxşar yazılar