Rusiyaya qarşı yeni sanksiyalar Avropa Birliyinin gündəmində – Kremlə təzyiqin mümkün vasitələri açıqlandı

  • 12:38 - 26 Yanvar

Yalnız fevral ayında Avropa Birliyi dövlətləri Kremlin tənqidçisi Aleksey Navalnının həbsi ilə əlaqədar Rusiyaya qarşı sanksiya tətbiq edib, etməyəcəklərinə qərar vermək niyyətindədir.

Avropa.info xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Rundschau” qəzeti yazıb. 

Qəzet yazır ki, Almaniya Kansleri Angela Merkel Navalının həbsinə qeyri-adi sərt sözlərlə reaksiya verib.

“Alman hökuməti, Rusiya təhlükəsizlik orqanlarının həftə sonu müxalifətçi siyasətçi Aleksey Navalnının sərbəst buraxılması üçün etiraz edən nümayişçilərə qarşı" hədsiz dərəcədə sərt hərəkətlərini qınayır”, deyə hökumət sözçüsü Şteffen Zaybert bildirib: 

“Rusiya vətəndaşları konstitusiyaya görə, öz fikirlərini bildirmək hüququna malikdirlər. Rusiya dövlət rəhbərliyinə söz azadlığı ilə münasibət  "son dərəcə problemlidir". 

Zaybert Rusiyaya təzyiq göstərmək üçün mümkün vasitələrin adını açıqlamayıb. 

Xarici siyasət məsələləri üzrə SPD fraksiyasının sədri Nils Şmid də etiraz edib.

"Navalnı məsələsində söhbət Alman-Rusiya problemindən deyil, Rusiyanın beynəlxalq birlik və Avropa standartları problemindən gedir”,-deyə fraksiya sədri bildirib. Şmid daha sərt sanksiyaların lehinə danışıb.

Fraksiya sədri təkcə rəsmilər və siyasətçilərə deyil, sistemdən faydalanan oliqarxlara da sanksiya tətbiq edilməsinin vacibliyini bildirib. 

Bundestaqın iqtisadi komitəsinin sədri Klaus Ernst “Deutschlandfunk” verdiyi müsahibədə sanksiyaların tətbiq olunma ehtimalına işarə edərkən, solçu fraksiyanın rəhbəri Dietmar Bartsch bunların mənasını şübhə altına alıb:

"Rusiyaya qarşı tətbiq olunan sanksiyalar keşmişdə uğurlu oldu? Bu sanksiyalar indiyə qədər xeyirdən çox zərər verir. Bu vasitədən çox şübhələnirəm”

Qəzet yazır ki, xarici işlər nazirlərinin Brüsseldə bir araya gəldiyi üçün AB sanksiya qərarında tələsmir. 

Qəzet qeyd edir ki, yeni sanksiyalar barədə qərarın yalnız fevral ayında verilməsi planlaşdırılır. Qəzetin yazdığına görə, Almaniyanın xarici işlər naziri Heiko Maas alman hökumətinin Rusiyaya qarşı yeni sanksiyalar tələblərinə qoşulub-qoşulmayacağına dair qərar yalnız fevralın 2-də Navalnı ilə bağlı növbəti məhkəmə iclasından sonra veriləcək. 


Oxunma sayı: 3851

Oxşar yazılar