Qaradağda yeni Şəhidlər Xiyabanı salınır – VİDEO

  • 11:08 - 26 Yanvar

1970-ci ildə salınan ümumşəhər qəbirstanlığında Şəhidlər Xiyabanı Memorial Kompleksi yaradılır. Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sifarişi ilə 18 şəhidimizin dəfn edildiyi məzarlıq ərazisində əsaslı şəkildə yenidənqurma işləri aparılır. Yeni yaradılacaq Şəhidlər Xiyabanında bütün məzarlar və ətrafı standart olacaq və mərmərlə əhatələnəcək. Ziyarətə gələnlərin rahat giriş-çıxışını təmin etmək üçün pilləkənlər qurulur.

Zəfər muzeyi ilə əbədiləşən 44 günlük vətən müharibəsi tarixin yaddaşına qızıl hərflərlə həkk olunub. Bu qüruru qanı hesabına bizə yaşadan şəhidlərimizin məzarları isə bizim and yerimizdir.

Əksər qəbrstanlıqlarda olduğu kimi Bakıda umumşəhər qəbirstanlığında da Şəhidlər Xiyabanı salınır.

Bura Bakı şəhərinin, Qaradağ rayonu ərazisində yerləşən ümumşəhər qəbirstanlığıdır. 318 hektar ərazi ilə Bakının ən böyük qəbirstanlığında ilk dəfə olaraq Şəhidlər Xiyabanı Memorial Kompleksi yaradılır.

Məzarların ətrafı təmizlənir, insanların ziyarəti zamanı rahatlığın təmin edilməsi üçün məzarlıqda pilləkənlər qurulur.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyir ki, hazırda təmir-tikinti işləri aparılan yerdə vətən uğurunda canından keçən 18 şəhid dəfn edilib. Onlardan ikisi tovuz hadisələri zamanı, 16-sı isə vətən müharibəsində şəhid olub.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov onu da bildirdi ki, 1970-ci ildə salınan qəbirstanlığa nəzarət trest tərəfindən həyata keçirilir. Qəbirstanlıq ərazisindəki Şəhidlər Xiyabanında işlər ən qısa zamanda yekunlaşdırılacaq və ərazidə təmizlik işlərinə və gül-çiçəyin qorunub saxlanılmasına nəzarət daha da gücləndirəcək.


Oxunma sayı: 1684

Oxşar yazılar