Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi

  • 10:52 - 26 Yanvar

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub.

Avropa.info “oxu.az”a istinadən xəbər verir ki, partlayış nəticəsində Musayeva Aytən dağıntılar altında qalaraq ölüb.

Hazırda dağıntılar altında qalan uşağın axtarışları davam etdirilir. Ehtimal edilir ki, həmin azyaşlı Musayeva Aytənin övladıdır.

Qeyd edək ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından altı vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.


Oxunma sayı: 1134

Oxşar yazılar