Tramp üçün bəd xəbər – Rəsmən elan edildi

  • 10:19 - 26 Yanvar

ABŞ Konqresinin aşağı palatasının nümayəndələri sabiq prezident Donald Trampın impiçmenti barədə qətnaməni Senata təqdim ediblər.

Avropa.info-nun məlumatına görə, ölkə tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduru iki dəfə eyni prezidentə qarşı həyata keçirilir.

Məlumata əsasən, qətnamə bir ittiham maddəsindən ibarətdir - üsyana təhrik.

Qeyd edilir ki, impiçment üzrə prosesin özü fevralın 8-dən sonra başlayacaq.

Sözügedən rəsmi sənəd Senatın məhkəmə prosesi zamanı prokuror kimi çıxış edəcək Nümayəndələr Palatasının 9 üzvü tərəfindən müvafiq orqanlara təhvil verilib. 

Trampın "üsyana təşviq etməkdə" günahlandırıldığı impiçment maddəsi, Konqresə basqınla əlaqədar olaraq 14 yanvarda Nümayəndələr Palatasında qəbul edilib. 

Xatırladaq ki, həmin iğtişaşlar zamanı bir nəfəri polis olmaqla ümumilikdə beş nəfər ölüb. Trampın günahkar olub-olmamasına Senat məhkəməsi qərar veriləcək. 


Oxunma sayı: 1607

Oxşar yazılar