Dünyada koronavirusa yoluxanların sayı 514 mindən çox artıb

  • 10:00 - 26 Yanvar

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 514 mindən çox artıb.

Avropa.info bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 514 098 nəfər yeni koronavirusa yoluxub, 11 434 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 98 794 942, ölənlərin isə 2 124 193 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Oxunma sayı: 2773

Oxşar yazılar