"Müharibə vaxtı daim Şoyqu ilə danışırdım, Rusiya müttəfiq kimi əlindən gələni etdi" - Tonoyan məğlubiyyətdən sonra ilk müsahibəsində dedi

  • 00:27 - 26 Yanvar

"Birmənalı şəkildə deyə bilərəm ki, Rusiya müttəfiqlik borclarını yerinə yetirmək üçün əlindən gələni etdi."

Avropa.info xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra, erməni mediasına ilk müsahibəsində deyib. 

Tonoyan bildirib ki, müharibə zamanı gündə bir neçə dəfə Rusiya Müdafiə naziri Segey Şoyqu ilə telefonla danışıb.

"Müharibə boyu Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə daim əlaqə saxladım. Gündə bir neçə dəfə telefonla danışdığımız günlər olub. Məlum səbəblərdən bütün məqamları açıqlamayacağam, amma birmənalı şəkildə deyə bilərəm ki, Rusiya müttəfiqlik borclarını yerinə yetirmək üçün əlindən gələni etdi", deyə Tonoyan bildirib.   

Avropa.info


Oxunma sayı: 8053

Oxşar yazılar