Xırdalanda dağıntılar altından xilas edilənlərin adları məlum oldu - SİYAHI

  • 23:08 - 25 Yanvar

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Avropa.info xəbər verir ki, bunlar Ələzova Simayə Mövlud qızı (1968 ci il təvəllüdlü), Şükürzadə Xədicə Bəxtiyar qızı (2006), Musayev Vusal Firudin oğlu (1983), Musayev Firudin Vusal oğlu (2009), Əliyev Emil Arif oğlu (1989) və Hüseynov Arif Əbülfəz oğludur (1988).

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının axtarışları aparılır.


Oxunma sayı: 2674

Oxşar yazılar