Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki ..."

  • 22:29 - 25 Yanvar

"ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da yerləşən aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda keçirilən müzakirəsində çıxışı zamanı deyib.

ATƏT-in Minsk Qrupunun Azərbaycandakı reputasiyasına toxunan Hikmət Hacıyev onun aşağı olduğunu, bunun əsas səbəbinin isə təşkilatın 25 ildən artıq bir müddətdə münaqişənin həllinə real töhfə verə bilməməsi ilə bağlı olduğunu vurğulayıb.

O bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib.

Hikmət Hacıyev ATƏT-in Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabartdığını, bunun isə Ermənistanda yanlış və gərəksiz gözləntilər yaratdığını bildirib.

O, Minsk Qrupunun gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə biləcəyinin mümkünlüyünü qeyd edib.


Oxunma sayı: 1255

Oxşar yazılar