"Əclaf, yekəbaş Qabrelyanov, sən Köçəryanın dövründə aclıq və işgəncədən ölən erməni xalqı ilə tanışsan?" - Paşinyan və Köçəryan tərəfdarları arasında söyüşün biri bir qəpik

  • 15:53 - 25 Yanvar

Qarabağda Azərbaycan qarşısında 44 gün ərzində darmadağın olan Ermənistanda siyasi anarxiya hökm sürməkdədir. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın tərəfdarları ilə hazırkı hökumət başçısı Paşinyanın tərəfdarları media, sosial şəbəkələr üzərindən bir-birlərinə təhqirlər yağdırırlar.

Avropa.info xəbər verir ki, son günlər Rusiyada yaşayan erməni media manatı Aram Qabrelyanov bu mənada çox aktivləşib. Paşinyan və onun arvadı Anna Akopyanı söyüşlərlə təhqir edən Aram Qabrelyanov, Ermənistanda hakimiyyətə Köçəryanın gəlməsi üçün təbliğat aparır.
 

Öz növbəsində erməni jurnalist-analitik Tevos Arşakyan Aram Qabrelyanova cavab yazısı ilə çıxış edərək, onu əclaf adlandırıb.
 

"Qabrelyanov, Robert Köçəryanı Ermənistan dövlətinin başçısı görmək arzusunu etiraf etdi. Sən həyasız Qabrelyanov, Köçəryan ölkəni idarə edərkən Ermənistanda yaşamısan? Sən əclaf Qabrelyanov, Köçəryanın rəhbərliyi altında açından ölən, polis tərəfindən işgəncə verilən erməni xalqı ilə tanışsan? Yoxsa Rusiyada yaşayarkən Robikin dövründə erməni icmasının kəmiyyət olaraq sürətlə böyüməyə başladığını görməmisən? Yüz minlərlə erməni yaxşı bir həyatdan və yaxşı bir liderdən deyil, aclıqdan Rusiyaya qaçdı. Biz hələ də Robert Köçəryanın hakimiyyətinin dəhşətini xatırlayırıq və bu səbəbdən də Qabrelyanovun Ermənistandakı siyasi reenkarnasiyası xəyalları xəyal olaraq da qalacaq. Paşinyana nifrət edib tənqid edə bilərik, onu dəstəkləyə və ya rədd edə bilərik, lakin heç bir ağlı başında olan erməni Köçəryanın hakimiyyətə qayıdışını istəməyəcək.

Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli  insandır” - Qabrelyanov

Erməni əsilli rus media maqnatı Aram Qabelyanov 

Və nəhayət, son şey. Sən Qabrelyanov, Ermənistan vətəndaşlarına necə və kimlərlə yaşamalı olduğumuzu öyrətmə. Bizə cır-cındır içində yaşayaraq, susmağı öyrətmə. Öz ailəndəki problemlərlə məşğul ol. Sənin əlindən ABŞ-a qaçan bir oğlun var, onunla məşğul ol. Özünü ağıllı hesab edirsən? Böyük başın var, amma şapkanın altındakı başın boşdur", deyə erməni jurnalist yazıb.  

Avropa.info


Oxunma sayı: 12299

Oxşar yazılar