Pandemiyaya görə iki ömürlük məhbus azadlığa buraxılıb

  • 18:00 - 25 Yanvar

Bu gün Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri ötən ilin yekunlarına aid onlayn mətbuat konfransı keçiriblər.

Avropa.info-nun verdiyi xəbərə görə, Nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib ki, bu günə qədər 8 149 nəfər əfv sərəncamı ilə azadlığa buraxılıb: “COVID-19 ilə bağlı ölkə başçısının müvafiq qərarına əsasən, ötən il ərzində pandemiya dövrü ilə əlaqədar olaraq, yaşı 65-dən yuxarı olan məhkumlar, o cümlədən yardıma ehtiyacı olan 176 məhkum azadlığa buraxılıb. 

Onlardan iki nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxslər olub. Onların evlərinə getməzdən əvvəl test nümunələrindən keçməsi və yaşayış yerlərinə qədər aparılması nazirlik tərəfindən təmin edilib”.


Oxunma sayı: 2432

Oxşar yazılar