Azərbaycan və İran XİN başçılarının görüşü başladı

  • 13:03 - 25 Yanvar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər ikitərəfli əməkdaşlıq sahəsində Azərbaycan və İranın maraq göstərdiyi məsələləri (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq), İranın Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr bəyanatı formatında altıtərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı və Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı məsələlərini müzakirə edirlər.

Qeyd edək ki, İran XİN başçısı Məhəmməd Cavad Zərif ötən gün Azərbaycana səfər gəlib.


Oxunma sayı: 1178

Oxşar yazılar