"Əliyev və Azərbaycan elitasının reaksiyası bizim üçün gözlənilməz oldu" - Eks müdafiə naziri Tonoyan Ermənistanın Qarabağda məğlubiyyətinin səbəbləri haqda

  • 13:37 - 25 Yanvar

Ermənistanın keçmiş Müdafiə naziri, 44 günlük Vətən Müharibəsi zamanı Laçına gələrək şou göstərməyə cəhd edən David Tonoyan Qarabağda məğlubiyyətin səbəbləri haqda danışıb.

Avropa.info xəbər verir ki, erməni mediasına müsahibə verən Tonoyan, savaşın gedişatında uduzduqlarını dərk edərək, müharibənin dayandırılması haqda baş qərərgah rəisi Onik Qasparyanla eyni fikirdə olduğunu deyib. 

"Təhlükəsizlik Şurasının iclasında müharibənin dayandırılması haqda Müdafiə Nazirliyi və Baş Qərərgahın koordinasiyalı və razılaşdırılmış bir yanaşması dilə gətirildi. Baş qərərgah rəisi Onik Qasparyan mühariənin 4-cü günündə savaşı dayandırmağın lazımlı olduğunu bildirdi. Bu soyuq başla aparılan analiz mənimlə razılaşdırılmışdı. Əminəm ki, daxili siyasi vəziyyət sabitləşəndən sonra, araşdırma aparılacaq və bütün suallara cavab veriləcək ", deyə Tonoyan bildirib.

Ermənistan Müdafiə naziri David Tonoyan miskin görünüşlü könüllülərlə  Qarabağa gəldi- FOTO - Qəzet

Müharibənin başlanğıncında Tonoyan Laçında şou göstərməyə cəhd edirdi

Tonoyan, Ermənistanın məğlubiyyətinin səbəbləri haqda da danışıb. 

"Ermənistan ordusu müharibəyə tam hazır idi. Lakin bizim üçün Əliyev və Azərbaycan elitasının reaksiyası gözlənilməz oldu. Buna Türkiyənin Azərbaycana qardaş dəstəyi və Ermənistanın regional həqiqətləri bilməməsini də əlavə etmək olar. Müharibə dövründə baş nazirin - Müdafiə Nazirliyinin və Baş Qərargahın komandanlıq işinin şaquli təşkilindəki qeyri-müəyyənliyi var idi. 2015-ci ildə qəbul edilmiş yeni konstitusiyaya görə, müharibə zamanı Müdafiə naziri hərbi əməliyyatların planlaşdırılması və aparılmasından kənarlaşdırılır, çünki bu səlahiyyətlər Ali Baş Komandan və Baş Qərargah rəislərinə verilir. Buna baxmayaraq, 20 noyabrdakı mesajımda dediyim kimi, məsuliyyətdən öz payımı götürməyə hazıram", deyə Tonoyan qeyd edib.

Ermənistanın keçmiş Müdafiə naziri müharibə zamanı Rusiyanın ölkəsinə dəstəyindən də danışıb.

"Müharibə boyu Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə daim əlaqə saxladım. Gündə bir neçə dəfə telefonla danışdığımız günlər olub. Məlum səbəblərdən bütün məqamları açıqlamayacağam, amma birmənalı şəkildə deyə bilərəm ki, Rusiya müttəfiqlik borclarını yerinə yetirmək üçün əlindən gələni etdi", deyə Tonoyan bildirib.  

Avropa.info


Oxunma sayı: 11892

Oxşar yazılar