Qorxunc açıqlama: Mutasiyalar oyun qaydalarını dəyişdirir – Fransalı alimdən xəbərdarlıq

  • 12:29 - 25 Yanvar

Fransa Elm Şurasının prezidenti Jean François Delfraissy Fransadakı koronavirusla mübarizə çərçivəsində komendant saatının yenidən tətbiq oluna biləcəyini və oyun qaydalarının dəyişdiyini söyləyib.

Avropa.info xəbər verir ki, Koronavirusun yeni mutasiyaları dünyada sürətlə yayılmağa davam edir. Fransa Elm Şurasının prezidenti Jean François Delfraissy bir fransız televiziya kanalına müsahibəsində Covid-19 mutasiyaları ilə əlaqədar deyib ki, mutasiyalar vəziyyəti tamamilə dəyişdirir, Covid-19 peyvəndinin təsirini azaldır.

O, Covid-19-un mutasiyalarının, xüsusilə paytaxt Parisdə, bütün ölkədə artmağa davam etdiyini vurğulayıb. Virusun Cənubi Afrika mutasiyasının Covid-19 peyvəndinin effektivliyini təxminən 40 faiz azalda biləcəyini ifadə edən Delfraissy, son həftələrdə Fransaya bir neçə yeni mutasiyanın gəlişinin vəziyyəti dəyişdirdiyini bildirib.

Delfraissy son 3 həftədə mutasiyalar oyunun qaydalarını tamamilə dəyişdirdiyini qeyd edib. O bildirib ki, mutasiyalar müxtəlif şəkildə ortaya çıxır və daha yüksək infeksiya faktoruna sahibdir, daha sürətlə yayılır.

İnfeksiyonların təxminən 2 faizinin mutasiyaya uğramış viruslar olduğunu təsbit etdiyini söyləyən Delfraissy,araşdırmalarının mutasiyalı virusu daşıyan xəstələrin sayının daha çox olduğunu göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, ingilis virusunun Paris şəhəri də daxil olmaqla bəzi bölgələrdə yayılma nisbətinin 9 faiz olduğunun müəyyən edildiyini bildirib.

Şura prezidenti yenidən karantin tətbiq edilməsinin qərarının qaçılmaz olduğuna diqqət çəkərək, mutasiyaların nəzarət altına alınmağa çalışılacaqlarını deyib. O, yenidən küçəyə çıxmaq qadağasının tətbiq ediləcəyini bildirib.

Delfraissy, eyni zamanda, Fransadakı peyvənd məsələsinə toxunub və Covid-19 mutasiyalarının ortaya çıxmasının Fransada tətbiq olunan vaksinasiya strategiyalarını da dəyişdirə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Fransada koronavirusa yoluxma sayı 3 milyon 53 minə, ölənlərin sayı isə 73 min 49 nəfərə yüksəlib.


Oxunma sayı: 3356

Oxşar yazılar