“Heç bir halda Rusiya hərbi kontingentinə beynəlxalq sülhməramlı qüvvə statusu verilə bilməz” – Qulamhüseyn Əlibəyli

  • 10:18 - 25 Yanvar

“Sülhməramlı qüvvə kimi Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya hərbi kontingentinin təyinatı ümumi şəkildə 10 noyabr üçtərəfli bəyanatla müəyyən olunsa da, statusu, vəzifələri və səlahiyyət həddləri konkret şəkildə dəqiqləşdirilməyib”. 

Bu sözləri Avropa.info-ya Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Rusiya Xarici işlər naziri S.Lavrovun Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığı barədə fikirlərini şərh edərkən bildirib.

Partiya sədrinin fikrincə, Rusiya hərbçilərinin sülhməramlı məqsədlərdən kənara çıxan hərəkətləri Azərbaycanın ictimai-siyasi cameəsinin haqlı narazılığına səbəb olur: “Belə ki, Rusiya hərbçiləri sülhyaratma missiyasından çox, bütövlükdə ermənilərin, o cümlədən seperatçı cinayətkar rejimin və erməni silahlılarının müdafiçisi rolunda çıxış edirlər. Prezident İlaham Əliyev də Rusiya hərbi kontingentinin hərəkətlərindən narazı olduğunu bildirib. Buna görə də həmin qüvvələrin ölkəmizin ərazisindən çıxarılması məsələsi tez-tez tələb olunur və belə tələblərin haqsız olduğunu söyləmək düzgün olmazdı. Bu baxımdan Azərbaycan ərazisində olan Rusiya hərbçilərinin ölkəmizin ərazisindən çıxarılması rəsmən gündəmə gələnə qədər onların statusunun dəqiqləşdirilməsi zəruridir.

Q.Əlibəyli daha sonra qeyd edib ki, ölkəmizin ərazisindəki Rusiya hərbi kontingentinin statusunun müəyyən olnması məsələsi həll edilərkən bəzi məqamlar hökmən nəzərə alınmalıdır. Birincisi, heç bir halda Rusiya hərbi kontingentinə beynəlxalq sülhməramlı qüvvə statusu verilə bilməz. Bu, Rusiyanın bir dövlət kimi bölgədə geosiyasi və hərbi iştirakını daha da genişlənlməsinə və Azərbaycan ərazisindəki hərbi kontingentinin özbaşınalıqlarının daha da artmasına səbəb olardı. İkincisi, status məsələsinin müzakirəsində və həllində Ermənistanın hər hansı bir formada iştirakı yolverilməzdir. Ermənistan Rusiyanın hərbi-strateji tərəfdaşı kimi öz ərazisində Rusiya hərbi hissələrini və hərbi bazalarını yerləşdirib, sərhədlərinin qorunmasını rus hərbçilərinə həvalə edib. Müharibədə hərbi cəhətdən məğlub olmuş Ermənistanın qalib Azərbaycan ərazisində yerləşən rus hərbi kontingentinin statusuna dair müzakirələrdə və qərarların qəbulunda iştirakı Azərbaycanın suverenliyinə xələl gətirən fakt olardı.


Oxunma sayı: 7184

Oxşar yazılar