Son dəqiqə : Suriyada Bəşər Əsəd ordusuna aid silahlılar pusquya düşdü - Ölənlər və yaralılar var

  • 01:03 - 25 Yanvar

Suriyada Bəşər Əsəd rejimi ordusunun silahlılarını aparan hərbi avtomobillərə kimliyi hələ məlum olmayan silahlı şəxslər tərəfindən pusquya salınaraq hücum edilib. 

Avropa.info xarici KİV-lərə istinadən xəbər verir ki, Palmira ilə Deyr əz Zoru bir-birinə bağlayan yolda həyata keçirilən hücumda, Əsəd rejiminin 3 əsgəri ölüb, 10 nəfər yaralanıb. 

Qeyd edək ki, ötən il dekabrın 30-da Suriyanın Ət-Tanf bölgəsində Əsəd rejimi ordusuna edilən hücum nəticəsində 28 nəfər öldürülmüş, 13 nəfər yaralanmışdı.

Avropa.info


Oxunma sayı: 5963

Oxşar yazılar