Navalnı Putinin KQB agenti olduğu dövrdə Almaniyada yaşadığı evdən çəkiliş etmək istəyib... - Evin yeni sahibindən sensasiyalı açıqlamalar (FOTOLAR)

  • 16:30 - 24 Yanvar

Alman mətbuatı rus müxalif Aleksey Navalnının Rusiya lideri Vladimir Putinin Drezdendə KQB agenti olduğu zaman yaşadığı evdə çəkiliş etmək istədiyini, lakin bu istəyin mənzinin hazırkı sahibi tərəfindən rədd edildiyini yazıb.  
 

Avropa.info-nun Almaniyanın "Bild" qəzetinə istinadən verdiyi xəbərə görə, Putinin gedişindən sonra Drezdendəki üç otaqlı mənzilində məskunlaşan mebel istehsalçısı Jörq Hofmann, rus turist qruplarının bəzən evinin qarşısında dayandıqlarını bildirib. 

"Onlar buranın bir Putin muzeyi olduğunu düşünürlər, lakin bura mənim evimdir", deyə Jörq Hofmann qeyd edib.

Əcnəbiləri mənzilində qəbul etmədiyini bildirən Hofmann, keçən ilin sonunda mənzili görmək istədiyini söyləyən rus müxalifətçı Navalnını da rədd etdiyini deyib.
 

"Navalnı ötən ilin 25 dekabrında mühafizəçiləri ilə birlikdə evimin qarşısına gəldi. Düşünürəm ki, sənədli film çəkirdi. Lakin mən icazə vermədim", deyə alman mebel istehsalçısı bildirib.

EiE5nzni

Mənzili aldıqdan sonra əsaslı şəkildə təmir etdiyini bildirən Hofmann, Putinin yaşadığı dövrdə mənzilin necə olduğunu xatırladığını da söyləyib. Mənzildə tünd rəngli rus mebellərinin olduğunu bildirən Hofmann, divarların Şərqi Almaniyaya xas olan alüminium divar kağızları ilə örtülü olduğunu deyib.

Avropa.info

Putinin Drezdendə yaşadığı evin FOTOLARI

In diesem Plattenbau im Dresdner Norden lebte Putin
Den cremefarbenen Teppichboden der Putins ließ der Nachmieter gegen einen blauen austauschen

Oxunma sayı: 19713

Oxşar yazılar