TƏCİLİ: Çinin 8-i bombardımançı olmaqla 12 döyüş təyyarəsi qonşu ölkənin hava sahəsinə girdi... - TARXİ MÜBAHİSƏ

  • 14:38 - 24 Yanvar

Çin ordusuna aid 12 döyüş təyyarəsinin Tayvanın elan etdiyi Hava Müdafiə Sahəsini pozduğu bildirilir. 
 

Avropa.info xəbər verir ki, bu haqda Tayvan Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda, Çin ordusuna aid 8 "Xian H-6" tipli bombardmançı və 4 "Shenyang J-16" tipli təyyarənin cənub-qərbdən Tayvanın hava sahəsinə girdiyi bildirilib. Hava sahəsinin pozulmasından sonra, Tayvan bölgəyə döyüş təyyarələri göndərib, Çin təyyarələrinə radio ilə xəbərdarlıq edilib.

Tayvan Müdafiə Nazirliyi bu qədər Çin döyüş təyyarəsinin bir gündə hava hücumundan müdafiə zonasına girməsinin "qeyri-adi" olduğu açıqlayıb.

Çin-Tayvan qarşıdurmasının kökləri

Mao Tszedunun rəhbərlik etdiyi Çin Kommunist Partiyası 1949-cu ildə ölkədə hakimiyyəti ələ keçirərək Çin Xalq Respublikasının qurulduğunu elan etdikdən sonra, Çin Milliyyətçi Partiyasının üzvləri Çan Kayşekin liderliyi ilə Tayvana yerləşərək, "Çin Respublikası" iqtidarının adada fəaliyyətini davam etdirdiyini bildirdilər.

KIZIL ÇİN'E ALTERNATİF: TAYVAN ÇİN CUMHURİYETİ – Sahipkıran Stratejik  Araştırmalar Merkezi – SASAM



Bu iddia Çinin kommunist hökuməti tərəfindən qəbul edilməməsinə baxmayaraq, Tayvan nümayəndələri 1971-ci ilə qədər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisində Çini təmsil etdilər. 1950-1960-cı illərdə bir çox ölkələrin diplomatik münasibətlərdə "Çin Respublikasını" deyil, Çin Xalq Respublikasını seçdikdən, Pekin hökuməti 1971-ci ildə BMT Baş Məclisindəki səsvermədə Çinin yeganə qanuni nümayəndəsi olaraq qəbul edildikdən sonra Tayvanın beynəlxalq təşkilatlardakı mövqeyi qeyri-müəyyən oldu. 

Pekin hökuməti "Bir Çin" prinsipini qəbul edərək, beynəlxalq aləmdə Çini təmsil etdiklərini və Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik münasibətlərinə və BMT-də təmsil olunmasına qarşı çıxır.  

Avropa.info


Oxunma sayı: 18283

Oxşar yazılar