Qarabağda daha 30 erməni hərbçisinin meyiti tapıldı - 2 ayda 1281 cəsəd aşkarlanıb, xeyli sayda itkin var

  • 13:43 - 24 Yanvar

Füzuli rayonu ərazisində daha 30 erməni hərbçisinin meyiti tapılıb. 

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan mətbuatı məlumat yayıb. 

Məlumata görə, yanvarın 23-də aparılan axtarışlar nəticəsində 30 erməni hərbçisinin cəsədlərinin qalıqları tapılıb. 2020-ci ilin noyabrın 13-dən bugünədək 1281 erməni hərbçisinin cəsədi aşkarlanıb. Cəsədlərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Axtarış işləri bu gün Cəbrayıl və Füzuli rayonları ərazilərində davam etdiriləcək. Ermənistan mediası xeyli sayda erməni hərbçisinin itkin düşdüyünü bildirir.

Qeyd edək ki, axtarış işləri Azərbaycanın icazəsi ilə aparılır. 

Avropa.info   


Oxunma sayı: 6513

Oxşar yazılar