Dastin Porye Konor Makqreqoru nokauta saldı - VİDEO

  • 10:52 - 24 Yanvar

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüş başa çatıb.

Əbu-Dabidə keçirilən döyüşdə Dastin Porye qələbə qazanıb.

Döyüş ikinci raundda texniki nokautla qurtarıb.

Bu, Makqreqorla Porenin ikinci qarşılaşmasıdır. Onlar altı il əvvəl də döyüşüblər, həmin vaxt irlandiyalı qələbə qazanıb.

Makqreqor UFC-də 22 dəfə qələbə qazanıb, 5 dəfə məğlub olub. Porye 27 döyüşdən qalib ayrılıb, 6 dəfə məğlubiyyətlə üzləşib.

 


Oxunma sayı: 14378

Oxşar yazılar