Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib

  • 11:27 - 24 Yanvar

Pentaqonun yeni rəhbəri Lloys Ostin və Böyük Britaniyanın müdafiə naziri Ben Uolles arasında telefon danışığı baş tutub.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Con Kirbinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Nazirlər COVİD-19-a qarşı tədbirlər, gücü artmaqda olan Çinlə bağlı narahatlıqlar, Rusiya tərəfindən təhdidlər, İraq və Əfqanıstandakı əməliyyatlar da daxil olmaqla qarşılıqlı maraq doğuran strateji məsələləri müzakirə ediblər".

Telefon danışığı zamanı L.Ostin NATO razılaşmaları çərçivəsində krallığın müdafiə xərclərinin artırılmasının vacibliyini də qeyd edib: "Nazir Böyük Britaniyaya müdafiə tərəfdaşlığımıza bağlılığa görə təşəkkür edib və ABŞ-ın NATO-ya bağlılığını vurğulayıb".


Oxunma sayı: 1244

Oxşar yazılar