Meksikada 19 nəfər öldürüldükdən sonra yandırılıb

  • 10:18 - 24 Yanvar

Polis əməkdaşları Meksikanın şimal-şərqindəki Tamaulipas və Nuevo-Leon ştatlarının sərhədində 19 nəfərin meyitini yandırılmış halda aşkar ediblər. 

Bu barədə “Milenio” qəzeti xəbər yayıb. 

İlkin məlumatlara görə, cəsədləri tapılan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır. 

Qeyd edək ki, 2020-ci ildə Meksikada 34 500 qəsdən adam öldürmə cinayəti törədilib.(report)


Oxunma sayı: 3807

Oxşar yazılar