TƏCİLİ : Dəniz quldurları Nigeriya yaxınlığında Türkiyə gəmisinə hücum etdi - bir azərbaycanlı öldürüldü, 15 türkiyəli girov götürüldü

  • 00:32 - 24 Yanvar

Nigeriya yaxınlığındakı Qvineya Körfəzində Türkiyəyə məxsus "Mozart" adlı gəmiyə hücum edilib. 

Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin NTV telekanalı məlumat yayıb. 

Məlumata görə, dəniz quldurları gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüb, 15 nəfər Türkiyə vətəndaşını isə girov götürüb.  

Gəmidə sağ qalan 4-cü kapitan və 2 dənizçi isə təhlükəsiz bir yerə aparılıb. 

NTV ilə əlaqə saxlayan 4-cü kapitan, quldurların gəminin bəzi sistemlərini sökdüyünü və gəmini yalnız radarla təhlükəsiz bir nöqtəyə apardığını, gəminin kapitan müavininin ayağından yaralandığını deyib.

Türkiyə telekanalının bildirdiyinə görə, artıq qardaş ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov gəminin 4-cü kapitanı ilə telefonla danışaraq, məsələni nəzarətə götürüblər. 

Avropa.info


Oxunma sayı: 7470

Oxşar yazılar